Audiovizual Şura iki universal platforma operatorunun lisenziyasını ləğv etdi
Fevralın 27-də Azərbaycan
Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Şuradan TodayPress
-ə verilən məlumata görə, iclasda "Eurosel" MMC və "Sveet TV
Group AZ" MMC-nin fəaliyyət göstərmədiklərinə görə onlara verilmiş
universal platforma operatoru lisenziyalarının ləğv olunması ilə bağlı
Audiovizual Şuraya müraciətlərinə baxılıb. Qəbul olunmuş qərarlara əsasən hər
iki operatorun lisenziyası ləğv olunub.
Həmçinin
iclasda "Aznet Technologies" QSC-nin özünün ikinci operator xidmətinə
("Araznet" xidmət adı ilə) universal platforma operatoru
lisenziyasının verilməsi üçün Audiovizual Şuraya müraciətinə baxılıb.
Müzakirələrdən sonra
"Aznet Technologies" QSC-yə (xidmət adı "Araznet" olmaqla)
universal platforma operatoru lisenziyasının verilməsi haqqında müvafiq qərar
qəbul olunub.
tag: Audiovizual, Şura, Lisenziya, Aznet, Araznet, todaypress.az,