"Atom" qəza testindən uğurla keçdi
Rusiyanın yeni elektromobili "Atom" qəza testlərinin ilk mərhələsini uğurla başa vurub.
TodayPress xəbər verir ki, bu barədə markanın rəsmi "Telegram" kanalı məlumat yayıb.
Testlər avtomobilin dizayn və təhlükəsizlik həllərinin effektivliyini yoxlamaq məqsədi daşıyıb. Bu zaman yığılmış istehsaldan əvvəlki modellərlə sınaqlar aparılıb. Sınaq yüksək faizlə uğurlu başa çatıb.
Bildirilir ki, ikinci mərhələyə başlamazdan əvvəl birinci mərhələdə aşkar edilən nöqsanlar aradan qaldırılacaq.
Elektromobilin qiymətləri 2,5 milyon rubldan başlayacaq. İstehsal 2025-ci ilin üçüncü rübündə “Moskviç” zavodunda başlanacaq və əvvəlcədən sifariş verənlərə üstünlük veriləcək.
"Atom" modeli ölçülərinə görə "Lada Granta" hetçbekinə bənzəyir. Uzunluğu 3995 mm, eni 1780 mm, klirensi 170 mm-dir. Avtomobil arxa təkərli olacaq, 204 at gücündə elektrik mühərriki və 77 kVt-lıq batareya ilə təchiz olunacaq.
Bu batareya bir doldurma ilə 500 km məsafə qət etməyə imkan verir. Sürətli enerji doldurucuda 100 km məsafə üçün enerji cəmi 8 dəqiqəyə bərpa olunur.
Türkan İsgəndərli
tag: Rusiya,Maşın,Atom,Sınaq,todaypress.az,