“Apple” yeni "iPhone 17 Plus" modelini "iPhone 17 Slim" ilə əvəz edə bilər

İKT

09.07.2024 23:36

“Apple" şirkəti gələn il "iPhone 17" smartfon seriyasını təqdim edəcək.

TodayPress xəbər verir ki, xarici KİV-lərdə yayılan məlumata görə, şirkət yeni smartfon seriyasında "iPhone Plus" modelini "iPhone Slim" adlı model ilə əvəz edəcək. Bildirilib ki, “Slim” modelində çoxlu sayda dəyişikliklər gözlənilir. Belə ki, bu model hal-hazırda aktual olan "iPhone" modellərindən daha nazik və yüngül olacaq. Bununla yanaşı smartfonun gövdə hissəsinin alüminium materialdan hazırlanacağı da təxmin edilir.

Nəzrin Cavadzadə

tag: Apple, İphone, 17 Slim, 17 Plus, todaypress.az,