"Apple" şüşədən telefon istehsal edəcək

İKT

12.05.2025 14:40

22

Amerikanın "Apple" şirkəti 2027-ci ildə korpusu əsasən şüşədən hazırlanacaq yeni "iPhone" təqdim etməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə insayder Mark Qurman açıqlayıb.

Onun sözlərinə görə, bu modelin əsas xüsusiyyəti əyri və tamamilə şüşədən ibarət korpusdan olmasıdır. Yeni "iPhone" "Apple"ın ilk smartfonunun təqdimatının 20 illiyinə təsadüf edəcək.

"Apple" həmçinin qatlanan telefon, ağıllı eynəklər və süni intellektlə işləyən ev robotu da təqdim edəcək.

Türkan İsgəndərli

tag: Apple,İphone,İstehsal,Telefon,todaypress.az,