"Apple" məhkəmədə qalib gəldi
Amerikanın "Alive Cor" şirkəti "Apple Watch" smart saatlarının ABŞ-də satışını qadağan edə bilməyib.
TodayPress xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.
"Alive Cor" daha əvvəl "Apple"ı Elektrokardioqrafiya (EKQ) texnologiyası üçün patent oğurlamaqda ittiham etmiş, lakin məhkəmədə uğur qazana bilməmişdi.
Martın əvvəlində ABŞ-min Federal Dairə Apellyasiya Məhkəməsi tibbi cihaz istehsalçısı "AliveCor"un EKQ patentlərinin əslində patentləşdirilə bilməməsi ilə bağlı aşağı məhkəmənin qərarını təsdiq edib.
"Biz məhkəmənin qərarlarından dərin məyus olduq" deyə "AliveCor"un baş direktoru Sanjay Voleti bildirib. "Apple"ın sözçüsü Fred Sainz "The Verge"ə bildirib ki, "Apple" komandaları istifadəçilərin həyatında mənalı fərq yaradan sənayedə aparıcı sağlamlıq və təhlükəsizlik xüsusiyyətlərini inkişaf etdirmək üçün illərdir yorulmadan çalışıblar.
Töhfə Səməd
tag: Apple Watch,Apple,Məhkəmə,Qalib,Todaypress.az,