“Apple” “iPhone SE 4”ü təqdim etməyə hazırlaşır
“Apple” şirkəti büdcə dostu “iPhone SE” seriyasının yeni modeli olan “iPhone SE 4”ü yaxın günlərdə təqdim etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Cihazın fevralın 11-də təqdim edilməsi və ayın sonuna doğru satışa çıxarılması gözlənilir.
Yeni “iPhone SE 4”, “iPhone 14”ə bənzər müasir dizayna sahib olacaq və “Home” düyməsi olmadan “Face ID” texnologiyasını dəstəkləyəcək. Cihazın 6,1 düymlük “OLED” ekranı, “A18” prosessoru və “8 GB RAM” ilə təchiz ediləcəyi bildirilir. Arxa tərəfdə isə “48 MP” tək kamera yerləşəcək.
Qiymət baxımından “iPhone SE 4”ün təxminən 500 dollar civarında olması gözlənilir ki, bu da onu “Apple”ın ən əlverişli modellərindən birinə çevirir.
Qiymət Mahir
tag: Apple,iPhone SE,iPhone SE 4,OLED,todaypress.az,