“Apple” “iPhone 14”lərin satışını dayandırır

İKT

16.12.2024 15:20

“Apple” şirkəti 2024-cü ilin sonuna qədər “Lightning” konnektoru olan bütün smartfonları Avropada satışdan çıxaracaq.

 TodayPress xəbər verir ki, bu barədə “iGeneration” bloqunun müəllifləri buna diqqət çəkiblər.

Mənbələrin bildirdiyinə görə, “Apple” bu addımı bazarda olan bütün yeni qadcetləri “USB-C” konnektoruna malik olmağa məcbur edən yeni Avropa İttifaqı (Aİ) qanununun qüvvəyə minməsi səbəbindən atacaq. Bununla əlaqədar olaraq, Amerika İT nəhəngi Aİ ölkələrində “iPhone 14”, “iPhone 14 Plus” və üçüncü nəsil “iPhone SE” satışını dayandıracaq.

“iGeneration” müəllifləri bildiriblər ki, “Apple” dekabrın 28-də bu modellərin satışını dayandıracaq. İsveçrədə şirkət daha əvvəl , dekabrın 20-də cihazları “Apple Store”dan çıxaracaq. Eyni zamanda, “Apple”ın Avropa bölgəsindəki tərəfdaşları anbarda tükənənə qədər “Lightning” ilə smartfonlar sata biləcəklər.

Bütün yeni qadcetlərin universal “USB-C” konnektoruna malik olması barədə qərar 2022-ci ildə qəbul edilib. Jurnalistlər xatırladıblar ki, 2023-cü ildə “Apple” bütün yeni “iPhone”ları “USB-C” portu ilə təchiz edəcək. Üçüncü nəsil “iPhone 14”, “iPhone 14 Plus” və “iPhone SE” cihazları isə 2022-ci ildə təqdim edilmişdi.

“MacRumors” ekspertləri qeyd ediblər ki, “Apple”, çox güman ki, 2025-ci ilin payızında sözügedən modelləri dayandıracaqdı, lakin Aİ tələblərinə görə bunu 9 ay əvvəl etməli olacaq. ABŞ və digər ölkələrdə “Lightning” ilə smartfonların satışı davam edəcək.

Töhfə Səməd

tag: İPhone-14, Satış, Aİ,Apple, todaypress.az,