"Apple" daxili xidmətlərdə reklam tətbiq edəcək
İKT
17.02.2025 20:00
“Apple" daha çox rəqəmsal xidmətlərinə reklam əlavə edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nüfuzlu insayder Mark Qurman deyib ki, şirkət rəhbərliyi daha çox sayda xidmətə reklam əlavə etmək ideyasını nəzərdən keçirir. Şirkət hazırda “Apple Maps” xidmətinə reklam inteqrasiyalarını tətbiq etməyi düşünür.
Qurman bildirib ki, “Apple”ın məqsədi daxili reklam biznesini inkişaf etdirmək və ondan daha çox pul qazanmaqdır.
“Reklam istifadəçinin axtarış sorğuları əsasında görünəcək. “Apple Maps” də “Google Maps” kimi işləyəcək, burada şirkətlər öz restoranlarının və ya bizneslərinin axtarış nəticələrində daha çox görünməsi üçün "Apple"a pul ödəyə bilərlər” deyə mütəxəssis vurğulayıb.
Məqalədə deyilir ki, "Apple" bir neçə il əvvəl "Xəritələr"ə reklam əlavə etmək ideyasını düşünüb. Ancaq müəyyən səbəblərə görə qərar qəbul edilməyib.
Aysel Mətləb
tag: Apple,Mark Qurman,Apple Maps,Google Maps,todaypress.az,