“Apple" cihazlarında böyük dəyişikliyə hazırlaşır

İKT

11.03.2025 17:09

1244

“Apple”, yeni nəsil istifadəçilər üçün “iPad” və “Mac” interfeysini dəyişdirmək məqsədilə böyük proqram yeniləməsi hazırlayır.

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Bildirilib ki, 2025-ci ilin sonunda planlaşdırılan proqram təminatı yeniləməsi

“Apple”ın əməliyyat sistemlərinin görünüşünü kəskin şəkildə dəyişəcək. Dəyişikliklər nişanlar, menyular, proqramlar, pəncərələr və sistem düymələrinin üslublarına təsir edəcək.

Şirkət xüsusilə naviqasiya və cihazların idarə edilməsi üsullarının sadələşdirilməsi üzərində işləyir.

Yeni dizayn “Vision Pro” qarışıq reallıq qulaqlıqlarının proqram təminatı əsasında hazırlanıb. Yeniləmələrin əsas məqsədi müxtəlif cihazlardakı əməliyyat sistemlərini daha oxşar və ardıcıl etməkdir.

Qeyd edilib ki, dəyişikliklər “iOS 19”, “iPadOS 19” və “macOS 16”da tətbiq olunacaq. 

Aysel Mətləb

tag: Apple ,iOS 8,iPhone,iPad,iCloud,Windows,Mac,PC,todaypress.az,