“Apple” ABŞ-də milyardlar xərcləyəcək

İKT

24.02.2025 20:10

1244

“Apple” növbəti dörd il ərzində ABŞ-də 500 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “Apple” özünün sosial şəbəkə hesabında məlumat yayıb. 

İnvestisiya Texasda yeni fabrik, süni intellekt və silikon mühəndisliyinə yatırımları, Miçiqanda istehsal akademiyasının yaradılmasını və “Apple Intelligence”in inkişafını əhatə edəcək.

Şirkətin baş direktoru Tim Kuk bildirib ki, bu təşəbbüslər Amerika innovasiyalarına və istehsalatına dəstək məqsədi daşıyır.

“Apple” həmçinin ABŞ-də yerləşən təchizatçılarla əməkdaşlığını genişləndirəcək və 20 ştatda “Apple TV+” istehsalına sərmayə qoyacaq. Şirkət son beş ildə ABŞ vergilərinə 75 milyard dollar ödəyib və hazırda 2,9 milyondan çox iş yerini əhatə edir.

Nicat Osman

tag: Apple,ABŞ,İnvestisiya,Texas,Apple TV+,todaypress.az,