"Apple" 2024-cü ilin sonunda smartfon bazarının lideri oldu

İKT

15.01.2025 11:27

Amerikanın “Apple” korporasiyası 2024-cü ilin dördüncü rübündə dünya bazarına ən çox smartfon çıxaran marka olub. 

TodayPress xəbər verir ki, bu barədə "Canalys"in hesabatında məlumat verilib.

Analitiklərin fikrincə, 2024-cü ilin sonunda ABŞ İT nəhəngi qlobal smartfon bazarında lider olub. "Tim Cook Corporation"ın payı 23 faiz təşkil edib. İkinci yeri Koreyanın "Samsung" şirkəti tutur, onun payı 16 faizə düşüb. İlk üçlüyü 13 faiz pay alan Çin şirkəti "Xiaomi" bağlayıb. Ekspertlər qeyd ediblər ki, "Xiaomi" 2024-cü ildə sabit artım göstərən yeganə smartfon istehsalçısı olub.

İlin son rübündə qlobal smartfon bazarı 3 faiz artaraq 330 milyon ədədə çatıb. Bununla belə, artım tempi xeyli aşağı düşüb. 

"Canalys"in məlumatına görə, "Apple" 2023-cü ilin son rübündə də 24 faizlik payla smartfon bazarında lider olub. "Samsung" 17 və "Xiaomi" isə müvafiq olaraq 13 faiz təşkil edib.

Töhfə Səməd

tag: Apple, Lider, Milyon, Xiaomi, todaypress.az,