"Apple" 1 milyard abunəçini ötdü
İKT
03.02.2025 14:00
"Apple" korporasiyası öz ekosistemindəki xidmətlərə abunələrin sayının 1 milyardı ötdüyünü açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Tech Crunch" məlumat yayıb.
Korporasiya rəqəmsal xidmətlər sektorunun uğurunu qeyd edərək, pullu abunələrin ötən il ərzində demək olar ki, 100 milyard dollar gəlir gətirdiyini qeyd edib.
"Apple"ın açıqlamasında qeyd olunur ki, rekord göstəriciyə "iCloud", "Apple Music", "Apple TV+", "Apple Fitness" abunələri, həmçinin "App Store" vasitəsilə alınmış üçüncü tərəf xidmətlərinə abunələr daxildir. Şirkət abunəçilərin sayını dəqiq necə saydıqlarını açıqlamayıb.
Töhfə Səməd
tag: Apple,Korporasiya,iCloud,Apple Music,todaypress.az,