"Android 16"nın buraxılış tarixi açıqladı
Amerikanın "Google" korporasiyası "Android" smartfonlar üçün əməliyyat sisteminin yeni versiyasını vaxtından əvvəl buraxacaq.
TodayPress xəbər verir ki, bu barədə "Android Police" nəşri məlumat yayıb.
"Android" layihəsinin meneceri Sami Samat əməliyyat sisteminin yeni versiyasının təxmini buraxılış tarixinin bu ilin iyununda olduğunu açıqlayıb.
Onun sözlərinə görə, şirkətin mühəndisləri yayın əvvəlində sistemin ictimai versiyasını təqdim etmək üzərində işləyirlər.
Qeyd edək ki, "Google" adətən avqust ayından tez olmayarq "Android"in son versiyasını istifadəyə verir. Lakin Samat bildirib ki, korporasiya, strukturunda və istehsal prosesində dəyişikliklərə görə bunu daha əvvəl edə bilib.
Korporasiyanın nümayəndəsi qeyd edib ki, tərtibatçılar əməliyyat sisteminin müxtəlif sahələri üzərində işləyirlər.
Onun sözlərinə görə, yeniləmələr həmişəkindən daha müntəzəm çıxmağa başlayıb və sistemdəki səhvləri tez aradan qaldırmaq da mümkündür.
Töhfə Səməd
tag: Android,Google,Yeni Versiya,Təqdimat,Todaypress.az,