"Alibaba" süni intellekə 52 milyard dollar sərmayə qoyacaq

İKT

24.02.2025 19:10

2839

Çinin beynəlxalq elektron ticarət şirkəti "Alibaba" qarşıdakı üç il ərzində bulud hesablamaları və süni intellekt infrastrukturuna ən azı 52,44 milyard dollar (88.4 milyard manat) sərmayə yatırmağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

E-ticarət nəhəngi bundan öncə maliyyə nəticələrini açıqlayarkən bu sahəyə investisiya qoyacağını bildirsə də, dəqiq məbləğ elan etməmişdi.

Dekabrın 31-də başa çatan üç ayda şirkət 28,6 milyard dollar (48.6 milyard manat) gəlir əldə edərək analitiklərin gözləntilərini üstələyib.    

Alibaba-nın ümumi sərmayəsi son on ildə süni intellekt və bulud hesablamalarına çəkdiyi xərcləri üstələyir. 

Şirkət 2025-ci ili strateji biznes sövdələşmələri ilə investorları cəlb edərək, Çinin süni intellekt yarışında liderliyə iddia etməklə başlayıb. Onun səhmləri bu il 68%-dən çox artıb.

Digər Çin şirkətləri də bu sahəyə sərmayə yatırır. Məsələn, "Tik-Tok"un sahibi "ByteDance" bu il üçün 20 milyard (34 milyard manat) dollar çox əsaslı xərclər ayırıb ki, bunun böyük hissəsi süni intellektə yönəldiləcək.

Nicat Osman

tag: Çin,Alibaba,Süni intellekt ,Tik-Tok,ByteDance,todaypress.az,