“AirPods” üçün yeni funksiya hazırlanır

İKT

14.03.2025 20:08

905

“Apple” “AirPods” üçün yeni funksiya hazırlayır ki, bu da istifadəçilərə vaxtında xarici nitqin tərcümələrini eşitməyə imkan verəcək.   

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.   

Bildirilib ki, bu texnologiya 2025-ci ildə proqram təminatı yeniləməsinin bir hissəsi kimi istifadəyə veriləcək.   

Xüsusiyyətin “iOS 19" ilə birlikdə debüt edəcəyi gözlənilir. “iOS 19”, “iPadOS 19” və “macOS 16”nın ilk beta versiyalarının 2025-ci ilin iyununda “Apple”ın illik “WWDC” tərtibatçı konfransı zamanı çıxacağı gözlənilir.   

Qeyd edək ki, “Apple” tərcümə ilə yanaşı, “AirPods Pro”nun növbəti iterasiyası üzərində işləyir.   

Aysel Mətləb

tag: Apple,AirPods,Tətbiq ,Funksiya,Todaypress.az,