650 müəssisə rəqəmsal transformasiya yolu keçəcək

İKT

05.03.2025 11:31

2314

“650 müəssisə rəqəmsal transformasiya yolu keçəcək”. 

TodayPress xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov brifinqdə deyib. 

O, rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində aparıcı təşəbbüslərdən söz açıb:

“Sənayə 4.0 çərçivəsində rəqəmsal iqtisadiyyatda məşğulluq üçün kadrların təkmilləşdirilməsi proqramı həyata keçiriləcək. 4 min işçinin bilik və bacarıqları artırılacaq, 5 mindən çox iştirakçı “öyrən və transformasiya et” proqramdan yararlana biləcək. Bu təşəbbüslər bütün ekosistemin inkişafını gücləndirərək rəqəmsal iqtisadiyyatın inkişafına keçidi sürətıəndirəcək”.

Töhfə Səməd

tag: 650 müəssisə ,Dördüncü Sənaye İnqilabı,Sənayə,İqtisadiyyat,Todaypress.az,