2025-in ən güclü smartfonları açıqlandı
“AnTuTu”
bençmarkının tərtibatçıları yanvar ayında dünyanın ən yüksək reytinqli
smartfonlarının siyahısını dərc edib.
TodayPress xarici KİV-lərə istinadən xəbər verir ki, siyahıya 2,89 milyona
yaxın balla “MediaTek Dimensity 9400” prosesoru ilə çalışan “Vivo X200 Pro
Satellite Edition” smartfonu gəlir. Ardınca 2,88 milyon balla “Oneplus Ace 5
pro” subflaqmanı və 2,86 milyon balla “Red Magic 10 Pro+” smartfonları gəlir.
Hə iki model güclü “Snapdragon 8 Elite” prosesoru ilə çalışır.
“Snapdragon 8
Elite” prosesoru ilə işləyən başqa bir model isə - “iQOO 13” 2,85 milyon balla
dördüncü mövqedə qərarlaşıb.
Top-beşliyi “Dimensity
9400”çipi ilə təchiz olunmuş “iQOO Neo 10 Pro” smartfonu bağlayır.
Saytda qeyd
olunur ki, reytinqə çin bazarında satışa çıxarılan smartfonlar düşüb.
tag: Smartfon,AnTuTu, MediaTek, Milyon, Red Maguc, todaypress.az,