Zuriko Davitaşvili Fransada ayın oyunçusu seçildi
İdman
12.11.2024 09:18
Futbol üzrə Fransa çempionatında oktyabr ayının ən yaxşı oyunçusu məlum olub.
TodayPress xəbər verir ki, “Sent Etyen” klubunun gürcüstanlı hücumçusu Zuriko Davitaşvili Liqa 1-də ötən ayın ən yaxşısı adına layiq görülüb.
23 yaşlı futbolçu ötən ay ölkə çempionatında 5 qol vurub. Davitaşvili “Oser”lə matçda het-trik edib.
Qeyd edək ki, Zuriko Davitaşvili 2022-ci ildən Fransada forma geyir. Forvard iki mövsüm “Bordo” klubunda oynayıb. O, Bordo təmsilçisinin heyətində keçirdiyi 67 oyunda 13 qol vurub.
Davitaşvili bu ilin yayında “Sent-Etyen” klubuna transfer olunub. O, cari mövsüm Liqa 1-də meydana çıxdığı 11 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Sent Etyen, Fransa, Bordo, Forvard, Transfer, todaypress.az,