Zubir hər kəsə təşəkkür etdi
“Qarabağ” klubunun Mərakeş əsilli fransalı futbolçusu Abdullah Zubir yeni müqavilə imzalaması ilə bağlı paylaşım edib.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi bu münasibətlə instaqram səhifəsində hər kəsə təşəkkürünü bildirib:
"Möhtəşəm klubla yenidən yola davam. Hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Zubir "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb. 32 yaşlı futbolçu 2018-ci ildən Ağdam təmsilçisinin heyətində çıxış edir. O, karyerası ərzində "Qrenobl", "İstr", "Hibernian", "Petrolul", "Lans" klublarında oynayıb.
Namiq HUN
tag: Abdullah Zubir, Qarabağ FC, Futbol, İdman, todaypress.az,