Zöhrə Ağamirova məşqçiliyə başlayır

İdman

02.01.2025 12:19

Azərbaycanlı bədii gimnast Zöhrə Ağamirova məşqçiliyə başlayır.

TodayPress xəbər verir ki, idmançı karyerasını başa vuran gymnast “Ocaq Sport” klubunda çalışacaq. 

Ağamirova yanvarın 6-dan 11-dək həm Heydər Əliyev adına İdman-Konsert Kompleksində, həm də Bakı Olimpiya Kompleksində ilk məşqlərini keçirəcək.

Qeyd edək ki, Zöhrə Ağamirova iki dəfə Yay Olimpiya Oyunlarında çıxış edib. O, topla hərəkətdə Avropa çempionatının bürünc medalını qazanıb. Bədii gimnast həmçinin İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və dəfələrlə Universiadanın mükafatçısı olub.

Namiq HUN

tag: Zöhrə, Məşqçi, Olimpiya ,Avropa, todaypress.az,