ZLATKO DALİÇ: “Avro-2024-ün ən çətin qrupundayıq”

İdman

15.06.2024 12:25

Avropa çempionatının ikinci oyun gününün mərkəzi matçı mütəxəssislərin “ölüm qrupu” adlandırdığı B qrupunda İspaniya və Xorvatiya komandaları arasında olacaq. 

TodayPress xəbər verir ki, Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç qrup mərhələsinin 1-ci turunda keçiriləcək görüş haqda danışıb.

“Biz çempionatın ən çətin qrupuna düşmüşük. Bunu hamı başa düşür. Yaxşı başlanğıc çox vacibdir. İlk oyunda Mərakeşlə heç-heçə etdiyimiz Qətərdəki dünya çempionatını xatırlayırsınız? Qazanılan xalın əhəmiyyəti çox vacib idi. Ancaq bu dəfə heç-heçə etməyi hədəfləmirik. Ən yaxşı oyunumuzu göstərmək istəyirik. Biz heç kimdən qorxmuruq. Məqsədimiz qələbə qazanmaqdır. Bu missiya çətin və çox məsuliyyətli olacaq. Mən həmişə olduğu kimi komandamıza inanıram” deyə Daliç bildirib. 

Xatırladaq ki, İspaniya-Xorvatiya yığmaları arasında Avropa çempionatının qrup mərhələsinin oyunu Berlindəki “Olimpiaştadion” stadionunda keçiriləcək. Matç bu gün saat 20:00-da başlayacaq.

Namiq HUN

tag: Zlatko Daliç, AVRO-2024, Xorvatiya, Çempionat, todaypress.az,