Ziyeş “Qalatasaray”dan borclarını istədi
İdman
17.01.2025 16:32
Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubu ilə razılaşan Hakim Ziyeş “Qalatasaray” rəsmilərindən geri qalan borclarını ödəmələrini tələb edib.
TodayPress “SporX”ə istinadən xəbər verir ki, Ziyeş İstanbul təmsilçisinin rəsmiləri ilə görüşərək mövsümün sonuna qədər almalı olduğu maaşını istəyib.
“Aslanlar” futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam vermək üçün yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Hakim Ziyeş cari mövsüm meydana çıxdığı 11 oyunda cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Qalatasaray ,İstanbul ,Təmsilçi, Ziyeş, todaypress.az,