Ziyeş “Əd-Duhail”dən təklif aldı

İdman

29.01.2025 11:56

908

“Qalatasaray” klubunun mərakeşli futbolçusu Hakim Ziyeş karyerasını Qətərdə davam etdirəcək. 

TodayPress xəbər verir ki, hücumçu Qətərin “Əd-Duhail” klubundan təklif alıb.   

Ziyeş keçidə razılıq verib. Hazırda klublar arasında danışıqlar gedir.   

Qeyd edək ki, 31 yaşlı futbolçunun “Qalatasaray”ın baş məşqçisi Okan Burukla münasibətləri yaxşı deyil.

Daha əvvəl o, açıqlama verərək Istanbul təmsilçisi və məşqçi Okan Buruk haqqında mənfi fikirlər səsləndirmiş, klubdan  ayrılacağını demişdi.   

Namiq HUN

tag: Qalatasaray,Hücum,Əd-Duhail,Okan Burukla,Todaypress.az,