“Zirə”nin avrokuboklardakı rəqibi bəlli oldu

İdman

18.06.2024 18:10

Avropa Liqasında 2024/2025-ci illər mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

TodayPress xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evində keçirilən tədbirdə Azərbaycanın vitse-çempionu "Zirə"nin də rəqibi məlum olub.

Premyer Liqanın gümüş mükafatçısı I təsnifat mərhələsində "Şerif" (Moldova) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək.

Namiq HUN

tag: Zirə, Futbol, Şerif, Avropa Liqası, todaypress.az,