“Zirə”nin 3-cü avrokubok həyəcanı

İdman

11.07.2024 10:55

Bu gün futbol üzrə Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürəcək.

TodayPress xəbər verir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayan yeganə təmsilçimiz “Zirə” UEFA Avropa Liqasında ilk oyununa çıxacaq.

Baş məşqçi Rəşad Sadıqovun yetirmələri Moldovada “Şerif” klubunun qonağı olacaq. Tarixində 3-cü dəfə avrokubok həyəcanı yaşayacaq “qartallar” Tiraspoldakı “Şerif Arena”ya uğurlu nəticə üçün çıxacaq.

İsveçrəli Alessandro Dudiçin idarə edəcəyi “Şerif” – “Zirə” matçı saat 21:00-da başlayacaq.  

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 18-də Bakıda keçiriləcək.

Namiq HUN

tag: Zirə, Azərbaycan, Klublar, Rəşad Sadıqov, Moldova, todaypress.az,