"Zirə" UEFA Avropa Liqası ilə vidalaşdı
İdman
18.07.2024 22:53
UEFA Avropa Liqasının I təsnifat
mərhələsinin "Zirə" və "Şerif" (Moldova) komandaları
arasındakı cavab matçı başa çatıb.
TodayPress xəbər verir ki, "Dalğa Arena"dakı oyunun əsas
və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.
Matçda hesabı
"qartallar"ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə
Əyyub Allaş "status-kvo"nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya
yazdıran Papa Yade "Şerif"in qələbə qoluna imza atıb.
Komandalar arasında Moldovada
keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi
hesab bərabərləşib - 2:2.
Əlavə vaxtda qalib müəyyənləşmədiyindən
qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq
oynayan moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər.
"Zirə" mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.
tag: Zirə, UEFA, Avropa Liqası, Şerif, todaypress.az,