“Zirə” üçün 4 mümkün variant

İdman

19.06.2024 12:20

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

TodayPress xəbər verir ki, Azərbaycan çempionatının gümüş mükafatçısı "Zirə"nin də mümkün rəqibi bəlli olacaq.

II təsnifat mərhələsinin püşkatması ərəfəsində iştirakçılar qruplara bölünüb. “Zirə”nin Moldova “Şerif”i ilə təşkil etdiyi cüt 2-ci qrupda yer alıb.

Azərbaycan vtise-çempionunun cütü səpələnmişlər sırasındadır. 

Təmsilçimizi 4 mümkün variant gözləyir:  

“Panatinaikos”, “Makkabi” PT, “Elfsborq” - “Pafos” və “Paksi” - “Korvinul” cütünün qalibi

Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, I təsnifat mərhələnin oyunları iyulun 11-də və 18-də, II raundun matçları isə iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Namiq HUN

tag: UEFA, Avropa Liqası, Zirə, Azərbaycan, Çempionat, todaypress.az,