"Zirə" Slovakiyada da qələbə qazandı

İdman

02.08.2024 09:09

"Zirə" klubu növbəti avrokubok oyununa çıxıb.

TodayPress xəbər verir ki, paytaxt təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Dunayska Streda" klubu ilə qarşılaşıb.

İlk oyunda rəqibini 4:0 hesabı ilə darmadağın edən “Zirə” bu uğurunu Slovakiyada da davam etdirib. "Zirə" səfərdə 2:1 hesablı qələbə qazanıb. Bakı klubunun heyətində Rafael Utsiq və Qismət Alıyev fərqləniblər.   

Baş məşqçi Rəşad Sadıqovun komandası III təsnifat mərhələsində "Osiyek" klubu ilə qarşılaşacaq. Xorvatiya təmsilçisi Estoniyanın "Levadiya" klubunu mübarizədən kənarlaşdırıb. 

Qeyd edək ki, "Zirə" ilə "Osiyek" arasında ilk oyun avqustun 8-də Xorvatiyada, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

Namiq HUN

tag: Zirə, Slovakiya, Osiyek, Levadiya, Bakı, todaypress.az,