“Zirə” səfərdə “Şamaxı”ya qalib gəldi
Futbol üzrə Azərbaycan çempionatında daha bir oyunu keçirilib.
TodayPress xəbər verir ki, Premyer Liqanın XII turunda “Şamaxı” doğma meydanda “Zirə” ilə qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə” klubunun qollarını Junior Martins və Ruan Renato vurublar.
Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında “Araz-Naxçıvan” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. “Turan Tovuz” - “Qarabağ” matçı isə qolsuz heç-heçə ilə nəticələnib.
XII tura noyabrın 3-də təşkil olunacaq iki oyunla yekun vurulacaq.
Namiq HUN
tag: Şamaxı, Zirə, Futbol, Liqa, Junior Martins, Neftçi, todaypress.az,