“Zirə” potensial rəqiblərini tanıdı

İdman

19.06.2024 16:10

“Zirə” klubunun Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi məlum olub.

TodayPress xəbər verir ki, I təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq “qartallar” Moldova klubunu keçsə, “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.

II Təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək. “Şerif” – “Zirə” cütünün qalibi ilk matça evdə çıxacaq.

Qeyd edək ki, “Zirə”nin “Şerif”lə ilk matçı iyulun 11-də Moldovada, cavab qarşılaşması ayın 18-də Bakıda baş tutacaq.

Namiq HUN

tag: Zirə, Avropa Liqası, Qartallar, Moldova Klubu, Təsnifat Mərhələsi, todaypress.az,