"Zirə" “Osikek”ə, “Sabah” isə “Sent Patriks Atletik"ə qarşı

İdman

15.08.2024 10:41

1352

Bu gün Azərbaycan təmsilçiləri "Zirə" və “Sabah”  Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar.

TodayPress xəbər verir ki, “Zirə” evdə "Osiyek"i (Xorvatiya) qəbul edəcək. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.  

"Dalğa Arena"da keçiriləcək oyunu Avstriyadan olan referi Yulian Veinberqer idarə edəcək. 

“Dalğa Arena” qarşılaşması saat 20:30-da başlayacaq.

“Zirə” - "Osiyek" cütünün qalibi pley-offda "Omoniya" (Kipr) ilə üz-üzə gələcək. 

"Sabah" isə evdə  İrlandiya “Sent Patriks Atletik"i ilə qarşılaşacaq. İlk matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Rumıniyalı referi Marsel Birsanın idarə edəcəyi matç saat 20:00-da start götürəcək. 

"Sabah" - "Sent-Patriks Atletik" cütünün qalibi “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. 

Namiq HUN

tag: Zirə, Sabah, Saburtalo, İrlandiya, Osiyek, todaypress.az,