"Zirə" "Omoniya"ya rəqib ola bilər

İdman

15.08.2024 09:32

1743

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

TodayPress xəbər verir ki, Macarıstanın “Fehervar” klubu evdə Kiprin “Omoniya” komandası ilə qarşılaşıb. Ilk matçda qələbə qazanan qonaqlar səfər duelində də bu uğurun davamını gətirə biliblər 2:0. 

"Zirə" bu gün Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, pley-offda “Omoniya” ilə qarşılaşacaq. Bir həftə əvvəl Xorvatiyada keçirilən matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək. 

Namiq HUN

tag: Zirə, Omoniya, Xorvatiya, Osiyek, Macarıstan, todaypress.az,