"Zirə" növbəti mərhələdə “Elfsborq”la qarşılaşa bilər

İdman

12.07.2024 10:14

UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyun günü “Zirə”nin potensial rəqibləri olan “Elfsborq”(İsveç) və “Pafos”(Kipr) klubları üz-üzə gəlib. 

TodayPress xəbər verir ki, “Elfsborq” öz meydanında “Pafos”un qapısından 3 cavabsız top keçirib. 

İsveç təmsilçisi ilk hissəni Besfort Zenelinin 9-cu dəqiqə qolu ilə qazanıb 1:0.   Matias German Melluso 57-ci dəqiqədə qırmızı vərəqə aldığından “Pafos” görüşü 10 nəfərlə davam etdirib. 59-cu dəqiqədə Niklas Hult hesab arasındakı fərqi 2 topa yüksəldib. Matçın yekun nəticəsini isə 82-ci dəqiqədə Per Frik müəyyən edib 3:0. 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Kiprdə keçiriləcək. 

Namiq HUN

tag: Elfsborq, Zirə, Pafos, Besfort Zeneli, Görüş, todaypress.az,