"Zirə" klubu tarixi ilkə imza atdı

İdman

16.08.2024 09:03

TodayPress xəbər verir ki, paytaxt təmsilçisi 3-cü təsnifat mərhələsinin cavab oyununda "Osiyek"i (Xorvatiya) mübarizədən kənarlaşdırmaqla bu uğura imza atıb. "Dalğa Arena" qarşılaşmasının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Əlavə vaxtda qol vurulmadığından matçın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq olan "Zirə" (2:1) tarixində ilk dəfə Konfrans Liqasında pley-offa yüksəlib. 

"Zirə"nin qapıçısı Tiaqo Silva 4 penaltini dəf etməklə matçın qəhrəmanı olub.

"Zirə" pley-off mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq. 

Qeyd edək ki, bu mövsüm Avropa kuboklarının pley-off mərhələsində iki klubumuz yarışacaq. “Zirə” Konfrans Liqasında, “Qarabağ” isə Çempionlar Liqasının təsnifat mərhələsinin sonuncu, 4-cü raundunda oynayacaq. Son dəfə 2 klubumuz avrokubokların 2016/2017 mövsümündə pley-off mərhələsində çıxış edib. 2016-cı ilin yayında “Qarabağ” və “Qəbələ” əvvəlcə Avropa Liqasının pley-off, sonra isə qrup mərhələsinə vəsiqə qazanıb.

Namiq HUN

tag: Zirə, Avropa, Qarabağ, Qəbələ, Çempionlar, todaypress.az,