“Zirə” Kiprdə böyük hesabla məğlub oldu

İdman

23.08.2024 09:07

"Zirə" avrokuboklarda növbəti oyununu keçirib.

TodayPress xəbər verir ki, “qartallar” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Kiprdə  "Omoniya" klubu ilə qarşılaşıb.

Mövsüm ərzində səfərdə məğlubedilməz olan "Zirə" bu dəfə rəqib meydanında uğursuzluqla üzləşib. “Omoniya” 6:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 29-da Bakıda baş tutacaq.

Namiq HUN

tag: Zirə, Omoniya, Klub, Məğlub, UEFA, todaypress.az,