“Zirə” “Kəpəz”i məğlub etdi

İdman

26.04.2025 21:40

12

Liqanın XXXII turunda “Zirə” səfərdə “Kəpəz”i məğlub edib.

TodayPress-in məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Artıq ilk "üçlük"dəki yerini təmin etmiş "Zirə" bu nəticədən sonra 64 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

Qeyd edək ki, turun daha əvvəl baş tutan “Turan Tovuz” - “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib. Tura aprelin 28-də yekun vurulacaq.

tag: Lİqa, Kəpəz, Zirə, Tovuz, Gəncə, Şamaxı, todaypress.az,