“Zirə” doğma meydanda Slovakiya klubunu darmadağın etdi

İdman

25.07.2024 22:22

1425

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

TodayPress xəbər verir ki, “qartallar” Mərdəkanda Slovakiyanın “Dunayska Ştreda” komandasını qəbul edib. Görüş təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə”nin heyətində qolları Rafael Utziq (1 qol), Junior Martins ( 1 qol) və Davit Volkov ( 2 qol) vurublar.

Komandalar arasında cavab oyunu avqustun 1-də keçiriləcək.

tag: Zirə, UEFA, Dunayska Ştreda, Slovakiya, todaypress.az,