“Zirə” avrokubok mövsümünə qələbə ilə start verdi
İdman
11.07.2024 23:25
Futbol üzrə Azərbaycan
klubları üçün yeni avrokubok mövsümü start götürüb.
TodayPress xəbər
verir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayan yeganə təmsilçimiz “Zirə”
Avropa Liqasında ilk oyununa çıxıb.
“Qartallar” Moldovada
“Şerif”in qonağı olub. İsveçrəli Alessandro Dudiçin fit sahibi olduğu Tiraspol
qarşılaşmasının ilk hissəsində qapılara qol vurulmayıb. Oyunda hesab matçın
88-ci dəqiqəsində açılıb. “Zirə”nin gürcüstanlı forvardı Davit Volkov oyunun
taleyini həll edən yeganə qolun müəllifi olub. Gərgin mübarizədə əldə edilən qələbə
cavab matçı ərəfəsində "qartallar"a böyük üstünlük qazandırıb.
Qeyd edək ki, komandalar
arasında cavab görüşü iyulun 18-də Bakıda keçiriləcək.
Namiq HUN
tag: Zirə, Şerif, Avrokubok, Qartallar, todaypress.az,