“Zirə” 3 xalı 3 qolla qazandı
İdman
28.09.2024 20:12
Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tur
davam edir.
TodayPress xəbər verir ki, turun
ikinci oyun günündə “Zirə” “Kəpəz”i qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən oyunda
hesab matçın 42-ci dəqiqəsində açılıb. “Zirə”nin heyətində Ceyhun Nuriyev fərqlənib
1:0. Qarşılaşmanın ikinci hissəsində “qartallar” rəqib toruna daha iki dəfə yol
tapıblar. 51-ci dəqiqədə Rüstəm Əhmədzadə hesab arasındakı fərqi 2 topa yüksəldib.
Matçın 57-ci dəqiqəsində isə Davit Volkov “Kəpəz”in darmadağını rəsmiləşdirib.
Matç elə “Zirə”nin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Namiq HUN
tag: İdman, Futbol, Zirə, Kəpəz, todaypress.az,