Zidan Səudiyyə Ərəbistanında çalışacaq?
İdman
28.08.2024 16:36
Kriştiano Ronaldo “Əl-Nəsr” klubuna yeni baş məşqçi tapıb.
TodayPress xəbər verir ki, portuqaliyalı futbolçu Zinəddin Zidanı Ər-Riyad təmsilçisinin “sükanı arxasında” görmək istəyir.
Forvard fransalı mütəxəssisin baş məşqçi təyin olunmasında israrlıdır.
“Əl-Nəsr” klubu külli miqdarda pul yatırıb, amma hələ də özünə çalışdırıcı tapa bilməyib. Bu səbəbdən də, Ronaldo təcrübəli məşqçini Səudiyyə Ərəbistanında görmək istəyir.
Qeyd edək ki, Zinəddin Zidan məşqçilik karyerasında yalnız “Real”da çalışıb. 52 yaşlı mütəxəssis “kral klubu” ilə ardıcıl üç Çempionlar Liqasının qalibi olmaqla tarix yazıb.
Namiq HUN
tag: Kriştiano Ronaldo, Əl-Nəsr, Portuqaliya, Zinəddin Zidan, Kral Klubu, todaypress.az,