Zidan MY-ya gəlməməyinin səbəbini açıqladı

İdman

09.09.2024 15:00

Fransalı futbol mütəxəssisi “qırmızı şeytanlar”ın sükanı arxasında Erik ten Haqın potensial əvəzedicilərindən biri sayılır. 

TodayPress xəbər verir ki, "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"də mümkün iş barədə sualı cavablandırıb. 

Zidan dil baryerinə görə komandaya rəhbərlik etməyə hazır olmadığını etiraf edib.

“Mançester Yunayted”i idarə etmək istərdim. Mən ingilis dilini başa düşürəm, lakin bu dildə tam sərbəst danışa bilmirəm. Bilirəm ki, milli dili bilmədən klublara gələn məşqçilər var. Amma mən fərqli prinsiplərlə işləyirəm. Qələbələr çoxlu komponentlərə və qlobal kontekstə malikdir. Buna görə də qalib gəlmək üçün nəyə ehtiyacım olduğunu bilirəm” deyə Zidan bildirib.

Namiq HUN

tag: Fransa,Futbol,Zinəddin Zidan,Erik ten Haq,Qırmızı Şeytanlar,Real,Mançester Yunayted,todaypress.az,