Zidan millidən təklif gözləyir
İdman
30.12.2024 12:50
Fransalı məşqçi Zinəddin Zidan gələcəyi ilə bağlı qərar verib.
TodayPress “Diario AS” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis yalnız futbol üzrə Fransa yığma komandasında işləməyi düşünür.
O, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra Fransa millisinə rəhbərlik edəcəyini gözləsə də, baş məşqçi Didye Deşam vəzifəsində qalıb.
Madriddə yaşayan Zidan hazırda yalnız Fransa millisindən təklif gözləyir.
Xatırlayaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid” klubuna rəhbərlik edib. “Kral klubu” təcrübəli mütəxəssisin rəhbərliyi altında 3 dəfə UEFA Çempionlar Liqasının qalibi, 2 dəfə isə İspaniya çempionu olub.
Namiq HUN
tag: Fransa,Zinəddin Zidan,Milli,Yığma,Didye Deşam,todaypress.az,