Zəncirvari qəzada iki bayker dünyasını dəyişdi

İdman

06.05.2025 16:40

11

Britaniya Supersport Çempionatında baş verən dəhşətli qəza nəticəsində iki motosikletçi həlak olub.   

TodayPress “Sky News”a istinadən xəbər verir ki, hadisə zamanı 21 yaşlı Ouen Cenner və 29 yaşlı Şeyn Riçardson vəfat edib. 

Cenner ağır kəllə-beyin travmaları, Riçardson isə döş qəfəsindən çoxsaylı xəsarətlər alması səbəbindən xəstəxanaya aparılarkən yolda həyatını itirib. 

Qeyd edək ki, yarışın birinci döngəsində baş verən zəncirvari qəzada ümumilikdə 11 sürücü xəsarət alıb.   

Namiq HUN

tag: Britaniya,Qəza,Motosiklet,Ölüm,Todaypress.az,

photo