Zelenski ukraynalı məşqçini mükafatlarından məhrum etdi
İdman
22.11.2024 16:44
Ukrayna Prezidenti Volodimir Zelenski 34 nəfərin dövlət mükafatlarından məhrum edilməsi haqqında fərman imzalayıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda Ukrayna millisinin sabiq futbolçusu, hazırda Rusiyanın “Zenit” klubunun çalışdırıcısı olan Anatoli Timoşukun da adı var.
Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) Timoşukun Ukrayna Futbol Assosiasiyasının onun məşqçilik lisenziyasından və qazandığı bütün kuboklardan məhrum edilməsi qərarından verdiyi apellyasiya şikayətini təmin edib.
Namiq HUN
tag: Ukrayna, Zelenski, Rusiya, Zenit, CAS, todaypress.az,