Zelenski azərbaycanlı idmançını mükafatlandırdı

İdman

25.08.2024 06:34

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı idmançı, Ukraynanı Paris Yay Olimpiya oyunlarında Yunan-Roma güləşi üzrə təmsil edən və gümüş medal qazanan Pərviz Nəsibovu orden ilə təltif edib.

TodayPress xəbər verir ki, Pərviz Nəsibov 2-ci dərəcəli "Xidmətə görə" ordeni ilə təltif olunub.

Həmyerlimiz Ukraynanı bundan əvvəl də Tokio Yay Olimpiya oyunlarında təmsil edərək 2-ci yer tutub.

Aynur TAC

tag: Ukrayna, Azərbaycan, idman, Zelenski, todaypress.az,