Zəka sahiblərimiz 45-ci Şahmat Olimpiadasında

İdman

10.09.2024 12:03

45-ci Ümumdünya Şahmat Olimpiadası Macarıstanın paytaxtı Budapeştdə keçirilir. 

TodayPress xəbər verir ki, Olimpiadada kişilərin mübarizəsində 197, qadınlarda isə 184 ölkənin komandası bacarığını göstərir.  

Heyəti Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlıdan ibarət olan kişi şahmatçılardan ibarət Azərbaycan millisi turnirin 12-ci komandasıdır. 

Reytinqə görə turnirin 6-cı komandası olan qadın şahmatçıların heyətində isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova yer alıb. 

Şahmat Olimpiadasının qalib və mükafatçıları sentyabrın 23-də məlum olacaq.

Namiq HUN

tag: Şahmat ,Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Macarıstan, Budapeşt, todaypress.az,