Zədəyə meylli Neymar yenidən futbola qayıdır

İdman

10.09.2024 11:33

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusunun qayıdışı bu payız baş tutacaq.

TodayPress xəbər verir ki, Neymarın reabilitasiyası ləngiyir. 

Braziliyalı forvarda forma yığmaq üçün daha iki ay lazım olacaq. O, bu ilin noyabrında meydana qayıdacaq.

23 yaşlı futbolçu milli heyətdə oynayarkən aldığı zədədən sonra ötən ilin oktyabrından bəri müalicə olunur.

Qeyd edək ki, Neymar 2023-cü ilin yayından Səudiyyə Ərəbistanında çıxış edir.

Namiq HUN

tag: Səudiyyə Ərəbistan, Əl-Hilal ,Hücumçu, Neymar, Braziliya, todaypress.az,