Zədələr Neymarın başına bəla oldu
İdman
07.11.2024 12:00
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı hücumçusu Neymar yeni zədəsini sağaltsa belə, cari mövsüm oynamayacaq.
TodayPress xəbər verir ki, rəhbərlik və məşqçilər korpusu Neymarı mövsümün ikinci hissəsi üçün heyətə cəlb etməmək qərarına gəliblər.
Onun heyətdəki yeri komandaya kömək edə biləcək futbolçuya veriləcək.
Məlumata görə, klub hətta futbolçu ilə 2025-ci ilin yayında başa çatacaq müqaviləyə vaxtından əvvəl xitam vermək imkanını da nəzərdən keçirir.
Namiq HUN
tag: Zədə,Əl-Hilal,Səudiyyə Ərəbistan,Neymar, todaypress.az,