Zədə Upamekanonu Millətlər Liqasından kənarda qoydu
İdman
07.10.2024 19:10
“Bavariya”nın futbolçusu Dayot Upamekano təlim-məşq toplanışı üçün Fransa millisinin düşərgəsinə getməyəcək.
TodayPress “German Sky”a istinadən xəbər verir ki, fransalı müdafiəçidə kiçik əzələ lifi yırtığı aşkarlanıb.
Münhen təmsilçisi arxa xətt oyunçusunun Bundesliqa çərçivəsində “Ştutqart”la matça hazır olması üçün çalışır.
Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasında iki oyun keçirəcək. Didye Deşamın komandası İsrail (10 oktyabr) və Belçika (14 oktyabr) yığmaları ilə qarşılaşacaq.
Namiq HUN
tag: Bavariya,Dayot Upamekano,Fransa ,UEFA ,Milətlər Liqası,todaypress.az,