Zədə daha bir oyunçunu AVRO-2024-dən kənar qoydu

İdman

10.06.2024 11:33

Belçika millisinin üzvü Tomas Mönye Avro-2024-də iştirak etməyəcək.

TodayPress xəbər verir ki, müdafiəçi zədə səbəbindən Belçika millisinin Avropa çempionatı üçün heyətindən çıxarılıb.  O, Lüksemburqla yoldaşlıq oyununda (3:0) sıradan çıxıb. 

Qeyd edək ki, Belçika millisi Avro-2024-ün E qrupunda Ukrayna, Rumıniya və Slovakiya ilə mübarizə aparacaq.

Namiq HUN

tag: AVRO-2024, Tomas Mönye, Belçika, Lüksemburq,todaypress.az,